Çox dəyərli direktorumuzun yubiley ad günü!

Çox dəyərli direktorumuzun yubiley ad günü!

Bu gün “Azel-İş LTD” MMC-nin direktoru Azər Şahverdi oğlu Göyüşovun ad günüdür. Azər Göyüşov 45 yaşını qeyd edir. Azər Göyüşov 1 noyabr 1971-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Ali təhsillidir. 1993-cü ildə Azərbycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Eyni zamanda, 1990-1994-cü illərdə Fasiləsiz Təhsil Mərkəzində idarəetmə üzrə ikinci ixtisas almışdır.

Azər Göyüşov əmək fəaliyyətinə 1991-ci ildə başlamış, bir sıra idarə və müəssisələrdə müxtəlif vəzifələrdə çalışmışdır. 2000-ci ildən müstəqil şirkət təsis etmiş və hazırda həmin şirkətin - “Azel-İş LTD” MMC-nin direktorudur.

“Azel-İş LTD” MMC kiçik heyətlə fəaliyyətə başlamış, zamanla potensialını artırmış, təcrübə toplamış, işçilərinin sayını artırmışdır. Qeyd edilən hallar təbii ki, bacarıqlı bir rəhbər olmadan həyata keçə bilməzdi. Ona görə də bu gün “Azel-İş LTD”-nin Azərbaycanın xidmət sahəsində tanınan şirkətlərdən biri olmasında onun direktoru Azər Göyüşovun danılmaz xidmətləri var. O öz işgüzarlığı, bacarığı və idarəetmə qabiliyyəti sayəsində ətrafına peşəkarları toplayaraq şirkətin müsbət imic qazanmasını təmin etmişdir.

“Azel-İş LTD” MMC sanki Azər Göyüşovun kiçik bir ailəsidir və o burada çalışanları ailəsinin üzvü kimi qəbul edir, onların qayğısına qalır, iş həyatlarında uğur qazanmaları üçün lazım olan bütün məsləhətlərini onlardan əsirgəmir. Azər Göyüşov işdə məsuliyyətli və tələbkar olduğu kimi eyni zamanda nəcib, xeyirxah və qayğıkeş bir insandır. Gözəl ailə başçısıdır.

Bu gözəl gündə Azər müəllimə ən xoş arzularımızı çatdırır, onu səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür, ailə səadəti və təbii ki, şirkətimizlə birlikdə yeni-yeni uğurlar arzulayırıq.

AD GÜNÜNÜZ MÜBARƏK!
“AZEL-İŞ LTD” MMC-NİN KOLLEKTİVİ!

1 Noyabr 2016

Digər xəbərlər