2000-ci ildə təsis edilmiş "AZEL-İŞ LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti mühasibat xidmətləri göstərən ilk müəssisələrdəndir. Az sayda işçi ilə fəaliyyətə başlamış şirkət, müştərilərinin sayının davamlı artması ilə göstərdiyi xidmətlərin və işçi heyətinin sayını da zamanla  artırmışdır.

 

Bu gün müxtəlif sahələrdə fəaliyyət göstərən 50-dən artıq yerli və xarici şirkətlərə peşəkar komandamızla muhasibat uçotu və konsaltinq  xidmətləri göstəririk.

 

Şirkətin əsas fəaliyyət  sahəsi mühasibat uçotu və vergi xidmətləri,  məsləhət xidmətləri,  kadr uçotu işləridir. Eyni zamanda miqrasiya xidmətləri, dövlət orqanları ilə sənədləşmələrin aparılması, lisenziyaların alınması, gömrük rəsmiləşdirilməsi üçün sənədləşmə və Azel-İş qrupa daxil olan audit firmamız tərəfindən müntəzəm və sifariş əsasında audit xidmətlərini də yerinə yetiririk.