MÜHASİBATLIQ XİDMƏTLƏRİ
Müəssisə daxili nəzarət sisteminin, operativ və idarəetmə uçotlarının yaradılması və tətbiqi, sənəd dövriyyəsi sxeminin hazırlanması, uçot işinin təşkili
- Müəssisə üçün lazım olan uçot məsələlərinin (sisteminin) müəyyən olunması;
- Məlumatların işlənməsinin optimal sisteminin hazırlanması;
- Gərəkli proqram təminatının seçilməsi;
- Hər uçot sahəsi üzrə iş həcminin müəyyən olunması;
- Tətbiq olunan ilkin sənədlərin formalarının, onların işlənməsi və saxlanmasının təyin edilməsi;
- Uçot işçılərinin sayınin və ixtisas dərəcəsinin müəyyənləşdirilməsi;
- İşçilərin hüquq və vəzifələrinin, məsuliyyətlərinin müəyyənləşdirilməsi;
- Hər iş yeri daxil olmaqla, şirkrətdaxili uçot standartlarının işlənməsi;
- Operativ və idarəetmə uçot sistemlərinin işlənməsi və tətbiqi.
Uçotun aparılması, vergi və maliyyə hesabatlarının tərtib və təqdim olunması
- Müəssisənin mühasibatı funksiyasının qismən və ya tam yerinə yetirilməsi;
- Alınan ilkin sənədlər əsasında uçotun aparılması;
- Hesabatların Dövlət Sosial-Müdafiə Fonduna, Vergi, Statistika və digər dövlət orqanlarına təqdim olunması;
- Təqdim olunmuş hesabatlar üzrə suallarla bağlı nəzarət orqanları ilə əlaqələrin yaradılması.
Layihə və razılaşmaların mühasibat-hüquqi ekspertizası
- Müştəri üçün yeni və ya qeyri-standart təsərrüfat əməliyyatlarının uçotda əks olumasının maliyyə və vergi nəticələrinin qiymətləndirilməsi;
- Birgə fəaliyyət, lizinq, filial və başqa struktur bölmələri kimi ayrıca uçot obyektlərinin maliyyə və vergi uçotunda əks oluması və sənədləşdirilməsi məsələləri üzrə məsləhətlər.
Uçotun bərpa olunması
- Müəssisənin mühasibat uçotunun tam bərpası, dəqiqləşdirilmiş vergi bəyannamələrinin hazırlanması və müvafiq dövlət orqanlarına təqdim olunması;
- Ayrı-ayrı sahələr üzrə mühasibat uçotunun qismən bərpası.
Uçotun istənilən sistemdən «1С» sisteminə keçirilməsi
- Mühasibat və vergi uçotunun “1C Mühasibat” proqramının 8.3. MAS 3 variantı əsasında qurulması;
- “1C Mühasibat” proqramı bazasında müəssisənin uçot texnologiyalarının restruktizasiyası.
Mühasibat və vergi uçotunun məqsədlərinə uyğun olaraq müəssisənin uçot siyasətinin hazırlanması
Vergi uçotu registrlərinin hazırlanması və təsdiq olunması.