Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

21 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 milyon manatlıq Dövlət Uzunmüddətli İstiqrazları (DUİ) üzrə hərrac keçiriləcəkdir.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

 
 

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

 

Dövlət istiqrazının növü

Faizli, uzunmüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0110005920

Emissiya həcmi

10 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

2548  gün

Faiz ödənişləri (olduqda)

21 iyun 2022-ci il, 20 dekabt 2022-ci il,

20 iyun 2023-cü il, 19 dekabr 2023-cü il

18 iyun 2024-cü il, 17 dekabr 2024-cü il,

17 iyun 2025-ci il, 16 dekabr 2025-ci il,

16 iyun 2026-cı il, 15 dekabr 2026-cı il,

 15 iyun 2027-ci il, 14 dekabr 2027-ci il,

13 iyun 2028-ci il, 12 dekabr 2028-ci il,

Faiz gəliri

7 %

Ödəmə tarixi

12.12.2028

Anderrayter

“Paşa Kapital İŞ”

 QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. 

16 Dekabr 2021

Digər xəbərlər