Peşəkar mühasibat xidməti göstətrən “AZEL İŞ LTD” məhdud məsuliyyətli cəmiyyəti öz müştərilərinin qürur duyacağı bir qurum olmaq yolunda fəaliyyətdədir və “insan” faktorunu dəyərləndirərək, “Peşakarlıq””Dürüstlük”“Məxfilik” və “Məsuliyyət” prinsiplərini əsas götürür. Şirkət on iki il ərzində topladığı bilik və təcrübə bazasını müştərilərimizin faydası naminə yönəltməyi və yeni nəsl kadrları yetişdirilməsini özünün ümdə vəzifəsi sayır.
Cəmiyyətin əsas dəyəri onun kollektivi, müxtəlif dindən və millətdən olan insanlarıdır. Müəssisə dünyanın müxtəlif ölkələrinin şirkətlərinə xidmət göstərir və bütün yanaşmalarında və iş əsnalarında cins, dil, din, ırq və siyasi görüş ayrılığı yoxdur, dünya insan haqlarına zidd yanaşmalar qabul edilməzdir.

PEŞƏKARLIQ
Ali təhsilə və iş təcrübəsinə malik insanlar tərəfindən yaradılmış “AZEL İŞ LTD” MMC peşəkar idarəetmə sisiteminə malikdir. Şirkətdə işləyən insanlar öz ixtisaslarını yaxşı bilən və yüksək səviyyəli mütəxəsislərdir. Müştərilərinə yüksək keyfiyyətli xidmət göstərmək naminə işçi personalın bilik və təcrübəsinin artırılması, yeniliklərin tətbiqi və maddi texniki bazanın gücləndirilməsi şirkətin daim nəzarətində olan sahələrdir.

DÜRÜSTLÜK
Cəmiyyət öz faəliyyətini dürüstlük və səmimilik üzərində qurmağa çalışır. Şirkət kollektivi “Gücümüz dürüstlükdədir” inamındadır və “Hər zaman, hər yerdə və hər kəslə dürüst olaq” prinsipi onun əsas amalıdır.

MƏXFİLİK
Cəmiyyətin fəaliyyətində diqqət yetirilən ən əsas prinsiplərdən biri müştərilərin kommersiya sirlərinin yayılmaması və məxfiliyin qorunmasıdır. Müasir dövrdə müştərilərin kommersiya sirlərinin yaylmasının hansı nəticələr verə biləcəyini başa düşən şirkət kollektivi bunu həm də, şərəf işi hesab edir.

MƏSULİYYƏT
“AZEL İŞ LTD” MMC, müştərilərinin mühasibat və digər uçot hesabatlarının aparılmasının ona etibar edilməsi ilə hansı məsuliyyətləri daşıdığını yaxşı dərk edir. Şirkət kollektivi ona göstərilən inam üçün müştərilərinə minnətdardır və onların etimadını doğrultmaq üçün bilik və bacarığını əsirgəmir.